Riçard Almeyda: "Yenidən Azərbaycana qayıtdığıma görə şadam"

26.10.2020 | 4054 dəfə oxunub

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. Stadium.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Riçard Almeydayla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə “Qarabağ”ın, həmçinin Braziliyanın “Sante Andrade”, Portuqaliyanın “Jil Visente”, Qazaxıstanın “Astana” və Küveytin “Baniyas” klublarında çıxış edib.

31 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə bunları deyib:

“Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov “Zirə”yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdu. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə “Zirə”yə kömək edə biləcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail