Füzuli Məmmədov: "Oyun ərzində bizim və rəqibin 100 faizlik qol epizodunu xatırlamıram"

02.11.2020 | 4279 dəfə oxunub

"İndiki vəziyyətdə futbolçuları psixoloji cəhətdən oyuna kökləmək çətin olur. Bunun üçün əlimizdən gələni etmişdik. Düşünürəm ki, komanda üzvləri onlara verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sumqayıtl"la oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan görüşü belə dəyərləndirib: "Rəqibi analiz edib planımızı qurmuşduq. Sadəcə, hücumda bir az kəsərsiz idik, daha aqressiv olmalı idik. Qələbə qazanmaq üçün əlmizdən gələni etdik, amma penaltidən qol buraxıb məğlub da ola bilərdik. Həmin epizodda qapıçımız yaxşı oynadı, onu təbrik edirəm. Artıq qarşıdakı matça hazırlaşacağıq.

Taktika rəqibə uyğun qurulmuşdu. Oyun ərzində bizim və rəqibin 100 faizlik qol epizodunu xatırlamıram. Müdafiədə yaxşı oynadıq, amma penalti epizodunu hələ görməmişəm və heç nə deyə bilmərəm. Hazırda hər birimizin, bütün futbolçularımızın fikri, ürəyi cəbhədədir. Şəhidlərimizə görə məyus oluruq, amma cəbhədən gələn hər qələbə xəbərinə görə çox sevinirik. Ümid edirəm, tezliklə qələbə qazanacağıq, hər şey qaydasına düşəcək və biz də fikrimizi tam olaraq oyunlarımıza yönəldəcəyik.

Kapitan Emin Mahmudovun oynamamasının səbəbini açıqlayan baş məşqçi Namik Ələsgərovun hücumda yaxşı təsir bağışladığını bildirib: "Start heyətində hücumameylli futbolçularımız çox idi, üstəlik, ampluaları müdafiəçi olan cinah oyunçularımız da hücumlara qoşulurdular. Sona yaxın hücum xəttini bir az da gücləndirdik, amma qol epizodlarımız az oldu. Çünki rəqib də çox futbolçu ilə müdafiə olunurdu. Emin Mahmudov dünənki məşqdə yüngül zədə aldığı üçün risk edib onu meydana buraxmadıq. Namik ilk dəfə mərkəz hücumçusu kimi oynadı və ondan razı qaldım. Haqlısız, Prins İbara hücum xəttini gücləndirmək üçün böyük ümidlərlə transfer olunub, amma o, xəstəlikdən yeni sağalıb. Məşqlərə başlayıb komanda üçün effektli olamlıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail