Qurban Qurbanov: "Bizim də başımıza gəlib"

08.11.2020 | 4408 dəfə oxunub

"Öncə hamınızı, xalqımızı təbrik edirəm. Ali Baş Komandandan Şuşanın azad olunması xəbərini aldıq. Şuşanın yeri qəlbimizdə bir başqadır. Çox sevinirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Neftçi"yə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, 6:0 hesablı qələbəni belə şərh edib: "Futbolda belə hallar olur. Bizim də başımıza gəlib. Rəqibə uğurlar arzu edirəm. Komandamı təbrik etdim. Futbolçularımız bu oyunu gözləyirdilər ki, istirahət etsinlər. Bəziləri dincələcək, bəziləri isə milliyə yollanacaq".

Təcrübəli baş məşqçi oğlu Musa Qurbanlının əsas milliyə dəvət olunmasına da münasibət bildirib: "Gözlənilməz oldu. Sevindirici haldır ki, gənclərə yer verirlər. Amma bu, o demək deyil ki, Musa tam olaraq milliyə layiqdir. Məsuliyyəti dərk etməlidir. Öz üzərində çox işləməlidir. Mən gənc oyunçulara fərq qoymuram. Hamısına övladım kimi baxıram. Onların yığmada olmasına müsbət baxıram. Bu, onların inkişafını tezləşdirir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail