Füzuli Məmmədov: "Oyunla bağlı danışılası söz yoxdur"

08.11.2020 | 1811 dəfə oxunub

"Öncə xalqımızı təbrik edirəm. Əsgərlərimiz var olsunlar. Bizə bu hissləri yaşatdılar". Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Ağdam klubuna ağır məğlubiyyəti belə şərh edib: "Oyunla bağlı danışılası söz yoxdur. Məğlub olduq. Rəqibi təbrik edirəm. Bu məğlubiyyət böhran deyil. Erkən qollardan sonra komandamız ruhdan düşdü. Nəticədə futbolçular oyundan qopdular. Oyunu analiz edib, dəyişiklikləri müzakirə edəcəyik".

Baş məşqçi ilk hissədəki erkən dəyişikliklərin səbəbini açıqlayıb: "Qol vurmaq istəyirdik. Ona görə buna əl atdıq. Yenə deyirəm, erkən buraxılan qollar bizə çox təsir etdi. Sonradan çox çalışsaq da, alınmadı. Düzdür, bizim üçün bu, normal hal deyil. Fasilədə komandanı psixoloji çətinlikdən çıxarmağa çalışacağıq".

Azarkeşlərin narazılığına da toxunan Məmmədov rəhbərliklə görüşdən sonra bu barədə fikir bildirəcəyini qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.08.2021

12:27  "Neftçi"nin rəqibi bilinir - YENİLƏNİR

31.07.2021

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail