Elmar Baxşıyev: "Komandama çox irad bildirə bilmirəm"

22.11.2020 | 4090 dəfə oxunub

“Torpaqlarımızı qaytardığımız üçün xalqımızı təbrik edirəm. Oyunun çətin olacağını bilirdik. “Neftçi” yaxşı futbolçulardan təşkilatlanmış komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Planlaşdırdıqlarımızın üzərində çalışmışdıq və bu meydanda da alınırdı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 10-cu turunda evdə "Neftçi"yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, 1:4 hesablı məğlubiyyəti belə şərh edib: "Komandamız meydanda hər şey göstərir, lakin qollar, soyuqqanlılıq çatışmır. Qol vurmayanda rəqib cəzalandırır. İlk yarıda epizodlar yaradırıq, yararlana bilmirik, rəqib isə yarım epizodu dəyərləndirir. Sonra oyunun axarını dəyişmək çətin olur. Ağır məğlubiyyət alsaq da, istədiyimi futbolçulardan görürəm. Hücum futbolu oynayır, epizodlar yaradır, son nöqtəni qoymaqda çətinlik çəkirik. Birinci dövrədə də “Neftçi” ilə görüş ağır keçmişdi. Heyətimizə baxanda oyunun nəticəsini dəyişə biləcək keyfiyyətli oyunçular var. Üzərimizə düşəni artıqlaması ilə edib bunu aradan qaldırmağa çalışacağıq.

Komandama çox irad bildirə bilmirəm. Bəzi epizodlardakı boşluqları rəqib dəyərləndirir. Fərdi səhvləri düzəltmək asandır, komanda oyununda dəyişiləsi heç nə yoxdur. Komanda şəklində uduzmuşuq, ayrı-ayrı futbolçuları fərqləndirməzdim. Qalib gələndə də, heç-heçə edəndə də bu kollektiv hesabında olur. İnanıram ki, uğur gətirə bilərik. Ümumi götürəndə bütün turlarda “Qəbələ” kiminlə oynasa da 5-6 epizod yaradır. Bu komandanı hücumda görürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail