Samir Abbasov: "Oyundan razı qaldığımı deyə bilmərəm"

22.11.2020 | 3992 dəfə oxunub

"Oyun başqa hesabla bitsəydi belə, bunu anlayışla qarşılayacaqdım. Çünki ilk görüşdür. Yeni baş məşqçinin istədiklərini həyata keçirmək, oyunda tətbiq etmək hər bir futbolçu üçün çətindir. Bunun öhdəsindən bu cür oyunçularla gələcəyimizə inanıram".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turunda "Qəbələ" ilə səfər oyunundan sonra mətbuat konfransında deyib.

Komandanın yeni çalışdırıcısı debütündə qazanılan qələbəni (4:1) belə şərh edib: "Oyundan razı qaldığımı deyə bilmərəm. Matça kimi də bəzi problemlərimiz var idi. Bütün komanda şəklində məşq etməmişdik. Əsas heyətin 6-7 üzvü ilə hazırlıq keçirdik. Millinin düşərgəsində olanlar sonradan qoşuldular. Əfsuslar olsun, bütün dünyada olan pandemiya bizim futbolçuları da tutdu ki, bu da planlarımıza mane oldu. Bununla belə, Allaha şükür, buradan qalib ayrılırıq. İnanıram ki, oyunumuz getdikcə yaxşılaşacaq.

Emin Mahmudovla yanaşı, Mirabdulla Abbasov da COVİD-19-a yoluxduğu üçün bura gəlməyib. O, bizimlə cəmi bir dəfə məşq etdi. Çox həvəsli idi, bizi ümidləndirmişdi. Bu gün 100 faiz meydana çıxacaqdı, amma təəssüf ki, testin cavabı pozitiv oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail