AFFA-da videokonfrans iclas

07.12.2020 | 4210 dəfə oxunub

Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunlarının təxirə salınması nəzərə alınaraq, AFFA-nın təşəbbüsü ilə bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.

Stadium.Az xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri (“Neftçi”, “Keşlə” və “Zirə” klubu eyni zamanda baş məşqçi ilə də təmsil olunub), AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və digər AFFA rəsmiləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

İclasda əsas müzakirə mövzusu koronavirus infeksiyası ilə əlaqədar klublarda yoluxma halları, bunun oyunların təqviminə təsiri, çempionatın təşkili ilə bağlı qüvvədə olan protokola hər hansı dəyişiklik olunmasına zərurətin yaranıb-yaranmaması və s. olub.

Aparılmış müzakirələrdən sonra  qeyd olunan məsələlərlə bağlı yaxın günlərdə daha bir iclasın keçirilməsi barədə razılıq əldə edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail