"Zirə"nin "Sumqayıt"la 21-ci oyunu

18.12.2020 | 4148 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında XII turun matçları keçiriləcək. “Zirə” öz meydanında “Sumqayıt”la görüşəcək.

Stadium.Az Bakl klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, dekabrın 20-də olacaq qarşılaşma iki rəqib arasında Premyer Liqada keçirilən 21-ci matç olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar indiyədək 20 dəfə qarşılaşıb.

Bu oyunların yarısında – 10 dəfə qalib gələn “Zirə” 4 heç-heçə edib və 6 dəfə uduzub. Rəqib qapısına 27 qol vuran komanda 19 top buraxıb. “Qartallar” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə son 7 oyunda meydanı qolsuz tərk etməyib.

Komandalar 9-cu dəfə “qartallar”ın meydanında üz-üzə gələcək. Evdə 6 qələbəsi olan komanda 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Son 6 qarşılaşmada qol vuran və xal qazanan “Zirə” top fərqində də öndədir – 16:8.

Dekabrın 20-də keçiriləcək “Zirə” - “Sumqayıt” matçı Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail