“Sabah”ın futbolçuları üçün əlamətdar oyun

25.12.2020 | 4445 dəfə oxunub

“Sabah” Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Sumqayıt”ı 2:1 hesabıyla məğlub edib. Bu qarşılaşma komandanın futbolçuları Slavik Alxasov və Aleksey İsayev üçün əlamətdar olub. Hər iki futbolçu “Sabah”ın formasında ilk qollarına imza atdılar.

Stadium.Az xəbər verir ki, həm Slavik, həm də Aleksey “Sabah”da vurduqları ilk qolun təəssüratlarını klubun saytı ilə bölüşüb:

Slavik Alxasov: “Sevinirəm ki, dünənki qələbəmizdə mənim də payım oldu. Bizim üçün çox vacib qələbə idi. İli qalibiyyətlə başa vurmaq istəyirdik ki, buna da nail olduq. Sumqayıtda qazanılan 3 xal bütün komanda üçün yaxşı motivasiya oldu. Bu cür vacib qələbəyə qolla töhfə verməyim, həmçinin “Sabah”da qol hesabımı açmağım mənim üçün ikiqat sevindiricidi”.

Aleksey İsayev: “Çoxdandı qol vurmurdum. Əlbəttə, qol vurmaq həmişə xoşdu. Ancaq mənim üçün bundan da əsas olan, komandamın qalib gəlməsidi. Şadam ki, “Sabah”da qol hesabımı açdım və komandamın qələbəsinə töhfə verdim”.

Slavik “Sumqayıt”la görüşün 26-cı dəqiqəsində hesabı açıb, Aleksey isə qarşılaşmanın 65-ci dəqiqəsində penaltidən fərqlənərək, oyunda həlledici, qələbə qolumuza imza atıb. Hər iki futbolçu “Sabah”a bu ilin yayında qoşulublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail