Premyer Liqada son 16 ilin rekordu

28.12.2020 | 4048 dəfə oxunub

Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb. Stadium.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 13 turdan sonra başa çatan mövsümün ilk bölümü liderlə autsayder arasında fərqin azlığı ilə diqqət çəkir. 1-ci pillədə qərarlaşan Neftçi-nin 24, sonuncu olan Sabah-ın 13 xalı var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb.

Bu, 8 komandalı çempionatlar üçün mütləq rekorddur. Ardıcıl 5-ci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə kiçik intervalda qərarlaşmamışdı. 2016-2017 mövsümündə fərq 24-ə bərabər olubsa, 2017/18-də liderlə autsayderi uçurum – 30 xal ayırıb. 2018-19 mövsümündə komandalar 23, 2019/20 mövsümündə isə 19 xal aralığında qərarlaşıb.

Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, 1-ci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. 12 il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008-2009 mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan İnter (indiki Keşlə) 8-ci olan Standard-ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.

Yeni ilə ilk 8 sırada qərarlaşanların daha kiçik fərqlə yollanmasına sonuncu dəfə 2004-2005 mövsümündə təsadüf olunub. 16 il öncə qış çempionu Qarabağ, 40, 8-ci sıradakı MKT-Araz 31 xal yığıb. 17 turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail