2609 gündən sonra

26.01.2021 | 3970 dəfə oxunub

Azərbaycan Kubokunun son 7 mövsümündə ilk dəfə Premyer Liqa klubu I Divizion təmsilçisinə uduzub.

Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, 1/8 finalın “Sabah” – “Kəpəz” oyununa təsadüf edib. 2:1 hesablı qələbə qazanan Gəncə təmsilçisi aşağı liqa təmsilçilərinin həsrətinə son qoyub.

Sonuncu belə hadisə 2013/14 mövsümündə qeydə alınıb. 2013-cü il dekabrın 4-də “Araz Naxçıvan” öz meydanında “Simurq”u mübarizədən kənarlaşdırıb. 2609 gün əvvəlki görüş 2:2 hesabı ilə başa çatıb və qalibi penaltilər seriyası müəyyənləşdirib. Meydan sahibləri daha dəqiq olub – 4:2.

Həmin mövsümün digər 5 duelində (ikisi daha tez, biri eyni vaxtda başlayıbsa, ikisi gec start götürüb) Premyer Liqa klubları I divizion komandalarını yarışdan kənarlaşdırıb. 2014/15, 2015/16 mövsümlərində 6, 2016/17, 2017/18 mövsümlərində 8, 2018/19 və 2019/20 mövsümlərində 4, cari mövsümün əvvəlki 3 matçında da eyni hadisə yaşanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail