Aftandil Hacıyev: "Belə məğlubiyyəti gözləmirdim"

29.01.2021 | 4073 dəfə oxunub

"Çətin qrafikə girdiyimizi bilirdik. Bu, futbolçular üçün ağırdır. Paltardəyişmə otağına nəzər yetirdim, iki-üç nəfərdə yüngül zədə olub. Erkən qollar ümidlərimizi alt-üst etdi. Fasilədən sonra oyunu dəyişə bilərdik. Rəqibin ustalıq səviyyəsi üstündür".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransına deyib.

O, 0:4 hesablı məğlubiyyəti nelə şərh edib: "Belə məğlubiyyəti gözləmirdim. Müdafiədə istədiyimiz rəqabəti görə bilmirik. Hələ ki, iki müdafiəçi ilə davam edirik. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyükhesablı məğlubiyyətə səbəb sonuncu dəqiqələrdə buraxdığımız qollardır. Rəqibi təbrik edirəm. 4 gün sonra kubok matçı olacaq. Çalışacağıq ki, oyunçuları növbəti oyuna hazırlaşdıraq".

40 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı günlərdə yeni transfer gözlənilir: "Artıq makedoniyalı oyunçu ilə danışıqlar yekunlaşmaq üzrədir. "Sumqayıt"la oyuna kimi heyətə bir oyunçu qatılacaq. Müdafiə mövqeyinə isə axtarışlar davam edir. Tapmasaq, bu heyətlə davam edəcəyik. Bizi sevindirən odur ki, Ədilxan Qarəhmədov yaxşı oynadı. Nəinki o, digər gənclər də yaxşı təsir bağışladı".

Hacıyev ev oyunlarını keçirdiklərini "ASKO Arena"nın ot örtüyü ilə bağlı problem olduğunu söyləyib: "İnanıram ki, gələcəkdə bütün arenalar təbii ot örtüyü olacaq. Futbolçular üçün çətindir. Bilmirəm nə fikirləşim ki, onları oyuna sağlam çıxarım".

Nikolas Hagenin səhvi barədə də danışan baş məşqçi digər oyunçuların da yaxşı çıxış etmədiyini deyib: "Qapıçı mövqeyi çətindir. Onun səhvlərinin digərlərindən çox olduğunu düşünmürəm. Yaxın zamanda Kamran Ağayevə şans verməyi planlaşdırırıq. Çempionatın sonunadək avrokubok üçün mübarizə aparacağıq. Komandalar arasındakı xal fərqi azdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail