Milan Obradoviç: "Bunun üçün risk etməliyik"

29.01.2021 | 3936 dəfə oxunub

“Məncə, Avstriya və Xorvatiya qrupun ən güclü komandalarıdır. Milli komanda və U-21 səviyyəsində uğurlu çıxış edirlər. Praktik olaraq onları eyni gücə malik iki komanda kimi dəyərləndirə bilərik".

Stadium.Az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avro-2023-ün seçmə mərhələsini dəyərləndirərkən deyib.

Serbiyalı mütəxəssis qrupdakı bəzi komandaların yığmamızdan güclü olduğunu, ancaq heç birindən çəkinmədiklərini bildirib: "Qrupda yer alan digər komandalar Norveç, Finlandiya, Azərbaycan və Estoniya 3-cü yer uğrunda mübarizə aparacaq. Serbiya millisində çalışarkən Norveçə qarşı oynamışıq. Taktiki cəhətdən çox yaxşı komandadır. Sürətli, texniki və keyfiyyətli futbol nümayiş etdirirlər. Finlandiya və Estoniya haqda fikir bildirmək çətindir. Çünki onların oyun səviyyəsini bilmirəm. Lakin Finlandiyada həmişə yaxşı oyunçular olub. Ətraflı analizlərdən sonra fikir bildirmək olar. Qrupumuzdakı bəzi komandaların bizdən güclü olmaları mümkündür, amma heç birindən qorxmuruq. Ötən seçmə mərhələdə Fransa, İsveçrə və Slovakiya kimi yığmalara qarşı öz oyunumuzu oynaya bildiyimizi göstərdik.

Komanda olaraq daha yaxşı ola bilərik. Biz ancaq irəli baxmalıyıq və özümüzdən əmin olmalıyıq. Bunun üçün risk etməliyik. Yəni müdafiədə oturmamalıyıq, çalışdığımız qədər pressinq etməklə hücumda olmalıyıq. Fransa və İsveçrə yığmalarları ilə oyunda olduğu kimi topa 50 faiz nəzarət etməliyik. Bir sözlə, ötən seçmə mərhələ ilə müqayisədə gücümüzü daha da artırmalıyıq. Taktiki və texniki cəhətdən oyunumuzu artırsaq, xal ehtiyatımızı yaxşılaşdırıb qrupu yaxşı yerdə başa vura bilərik. Bunu gərçəkləşdirə bilsək, bu, bizim üçün irəli atılmış addım olacaq və U-21-dən əsas komandaya daha çox oyunçu gedəcək. Bunların hamısını bir yerdə etmək nə asandır, nə də çətin. Çünki hər şey özümüzdən asılıdır”.

Azərbaycan millisi seçmə mərhələdə Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə birlikdə A qrupunda mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail