“Qarabağ”la 58-ci duel

31.01.2021 | 4173 dəfə oxunub

Gələn həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları keçiriləcək. “Qəbələ”  Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” fevralın 1-dəki ilk oyunu səfərdə keçirəcək. 5 gün sonra komanda doğma meydanda rəqibini sınağa çəkəcək.

Bakıda keçiriləcək ilk görüş rəqiblərin 58-ci dueli olacaq. “Qəbələ” və “Qarabağ” indiyədək 57 dəfə qarşılaşıb. 12 qələbəsi olan “qırmızı-qaralar” 19 heç-heçə edib. 26 oyunda ağdamlılar qalib gəlib. Əvvəlki görüşlərdə 49 qol vuran komandamız 76 top buraxıb.

48 dəfə Premyer Liqada görüşən rəqiblər Azərbaycan kubokunda 10-cu görüşə çıxacaq. Kubokda 5 dəfə yolları kəsişən komandalar 9 matç keçirib. Üç dəfə 1/4, bir dəfə yarımfinal və bir dəfə finalda “Qarabağ”la üz-üzə gələn komanda iki dueldə qalib olub. “Qırmızı-qaralar” bir dəfə yarımfinal, bir dəfə finala vəsiqəni ağdamlılarla görüşlərdə qazanıb. Bu oyunlarda hərəyə 2 qələbəsi olan komandalar 5 heç-heçə edib. 7 qol vuran futbolçular 8 top buraxıb.

29-cu dəfə “Qarabağ”ın qonağı olacaq “qırmızı-qaralar” səfərdə 5 qələbə, 9 heç-heçəyə imza atıb. 15 dəfə meydan sahibləri qalib gəlib. Rəqib qapısına 20 dəfə yol tapan qonaqlar 43 top buraxıb.

Fevralın 1-də keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 18:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail