Samir Abbasov: "Onlar mənim oyun tərzimə uyğun deyil"

07.02.2021 | 4622 dəfə oxunub

"Üzüntümüz sadəcə, mərhələ keçə bilməməyimizdir. İki oyunda qapımıza cəmi bir top gəldi. Onda da Səlahətin əlindən çıxdı və qol oldu".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bəxtlərinin gətirmədiyini bildirib: "Üstünlük bizdə idi. Üzümdən də görürsünüz, zərrə qədər də heyfslənmək yoxdur. Bu gün meydanda super "Neftçi" var idi. Uğurlarımız gələcək. Bəzi məqamlar var ki, onları dəyişməliyik, bunun üçün də yayı gözləməliyik. Bu gün Monroz tam hazır deyildi, amma ondan da razı qaldım. Məncə, pis deyil, hər şey yaxşıdır".

Abasov hücum xəttində axsadıqlarını söyləyib: "Pis futbolçu yoxdur. Təklif olunan futbolçular var, lakin onlar mənim oyun tərzimə uyğun deyil. Onları götürməsəm də, oynaya bilərəm. Ümumi komanda hücumda iştirak etməlidir. Bəzi məqamlar var ki, hücumçu onu öz üzərinə götürməlidir. Bu oyunda biz bunun yoxluğunu hiss etdik. Biz demirik ki, Mirabdulla pisdir, yox. Sadəcə, tək onunla da alınmır".

Baş məşqçi qapıda yenidən Səlahət Ağayevə şans verməsinin səbəbini açıqlayıb: "Həvəsdən düşməməlidir. Bu gün də eyni səhvi edə bilərdi. Mən bütün məsuliyyəti öz üzərimə götürdüm".

Mütəxəssis "Qarabağ"la Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirəcəkləri matça da toxunub: "Bu oyun göstərdi ki, yaxşı yoldayıq. Sadəcə, bir az zaman lazımdır. Psixoloji durumumuzu düzəltməliyik. İnandırım sizi, çox yaxşı olacağıq. Bizə bir az vaxt lazımdır. "Qarabağ"ı yaxşı tanıyırıq, bizə çətin olacaq. Nəticə nə olur olsun, düzələcəyik. Bu gün mən rəhbərlikdən vaxt istəmirəm, lakin hamı anlamalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail