Derbilərdə görünməmiş vərəqə sayı: 4 qırmızı

15.02.2021 | 3540 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyununda (1:2) 4 qırmızı vərəqə göstərilib.

Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, meydan sahiblərindən Kevin Medina, qonaqlardan Ömər Buludov, Mamadu Kane və Voislav Stankoviç meydanı vaxtından əvvəl tərk edib.

Bu, “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbilərində ən çox qırmızı vərəqənin göstərildiyi oyundur. 82-ci dəfə ölkə çempionatında üz-üzə gələn komandaların duellərində heç vaxt bu qədər oyunçu meydançadan kənarlaşdırılmayıb.

Ümumiyyətlə ölkə çempionatları tarixində bir matçda 4 qırmızı vərəqəyə sonuncu dəfə 2014/15 mövsümündə təsadüf olunub. 2014-cü il noyabrın 24-də keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (2:2) matçında komandaların hərəsinin iki futbolçusu qırmızı vərəqə alıb.

Bir komandanın eyni oyunda üç qırmızı vərəqə ilə cəzalanması isə sonuncu dəfə 2015/16 mövsümündə qeydə alınıb. 2015-ci il oktyabrın 18-də “Rəvan” “Kəpəz”lə ev oyununu (0:2) 8 futbolçu ilə başa vurub.

“Neftçi” isə Azərbaycan çempionatları tarixində ikinci dəfə bir qarşılaşmada üç qırmızı vərəqə ilə cəzalanıb. İlk belə hadisə 2013/14 mövsümündə yaşanıb. 2014-cü il fevralın 9-da keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçının (2:2) sonlarında meydan sahibləri bir, qonaqlar üç oyunçusunu itirib. Qalmaqallı görüşdə Tərlan Quliyev 89-cu, Karlos Kardoso və Bruno Bertuççi, həmçinin meydan sahiblərindən Ağabala Ramazanov 90+4-cü dəqiqədə cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail