“Neftçi” 25 oyundan sonra, Namiq “25”i keçdi

15.02.2021 | 3560 dəfə oxunub

Namiq Ələsgərov son 8 mövsümdə “Neftçi”nin heyətində “Qarabağ”la oyunda birdən artıq qol vuran ilk futbolçu olub.

Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, 2012/13 mövsümündən sonra paytaxt təmsilçisinin heç bir üzvü derbidə dubla imza atmamışdı. Yarımmüdafiəçi Premyer Liqanın XV turunun səfər oyununda vurduğu iki topla 2:1 hesablı qələbədə pay sahibi olub.

“Neftçi”nin “Qarabağ”a 2 qol vuran sonuncu oyunçusu Nikolas Kanales idi. O, 2012/13 mövsümünün sonunda fərqlənib. Çilili forvardın dubl müəllifi olduğu 2013-cü ilin mayın 4-dəki görüşdə də bakılılar 2:1 hesablı səfər qələbəsi qazanıb. Sonrakı 25 çempionat görüşündə paytaxt təmsilçisi belə hadisəyə sevinməyib.

Ələsgərovun vurduğu hər iki top onun üçün yubileylə əlamətdar olub. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında öncə 25-ci qolunu vurub, ardınca 26-cı dəfə fərqlənib. 6 dəfə başqa klublarda fərqlənən futbolçu “Neftçi”də 20-yə çatıb.

Namiq “Neftçi”nin tarixinə Premyer Liqada 20 və daha çox qol vuran 21-ci futbolçu kimi düşüb. Ona qədər “20”ni 20 oyunçu “fəth etmişdi”. Ələsgərov eyni sayda qol vuran Leonid Kalfaya çatıb. O, bu siyahıda hərəyə 19 qola imza atan Kamal Quliyevlə Ruslan Qurbanovu arxada qoyub.

Namiq son 15 mövsümdə “Neftçi”də bir mövsümdə 10 və daha çox qol vuran ilk yerli futbolçu olub. 2005/06 mövsümündə qol sayı iki rəqəmlə ifadə olunan Nadir Nəbiyevdən sonra buna heç bir yerli oyunçu imza atmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail