Azad Rəhimov da Fələstinə məğlubiyyətə "don geydirdi"

06.03.2012 | 3986 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə Azərbaycan milli komandasının Fələstin kimi zəif yığmaya məğlubiyyətinə münasibət bildirib. Stadium.az xəbər verir ki, nazir ilk öncə Gürcüstan U-17-sini stələyən qızlardan ibarət yığmamızın qələbəsindən danışlb:

"Futbolumuzun durumunu yüksək dəyərləndirirəm. Qızlardan ibarət yığmamız gürcüləri iki dəfə böyükhesabla - 5:0 və 6:0 məğlub etdi. Bu o deməkdir ki, futbol inkişaf edir. Yaxın illərdə uğurlarımız çox olacaq".

"Sizcə, Fələstin kimi zəif komandanı məğlub edə bilməyən Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində nəsə edə bilərmi" sualını A.Rəhimov belə cavablandırıb:   


"Son 2-3 ildə yığma komandada böyük dəyişiklik olmayıb. Ona görə ki, yeni nəsil milliyə qoşulmayıb. Onlar yığma komandaya qatıldıqdan sonra uğurlar olacaq. Sualınıza gəlincə, yaddan çıxarmaq olmaz ki, bu yoxlama oyunudur. Həmin qarşılaşmada gənc futbolçular sınaqdan keçirilirdi".


Nazir AFFA-nın alman məşqçi Berti Foqtsun müqaviləni yeniləməsinə də münasibət bildirib:

"AFFA-nın Berti Foqtsla yeni müqavilə bağlamasını müsbət qarşılayıram. Hesab edirəm ki, işlər düzgün və planlı şəkildə gedir. İnanıram ki, milli komandamız bizləri sevindirəcək".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail