Samir Abasov: "Onları yaxşı oyuna görə təbrik edirəm"

20.02.2021 | 3861 dəfə oxunub

"Çox çətin oyun oldu. Belə olacağını bilirdik. Matça itkilərlə çıxdıq, son anda Sabir Buqrin də zədələndi. Bu, bizi çətin duruma saldı. Buna baxmayaraq oyunda qalib gəldik.

3-4 gündən sonra "Zirə"yə qarşı oyun var. Futbolçulardan sakitləşməyi xahiş etdik. Bu matçı unutmalıyıq. Gələcək oyunda bəzi dəyişikliklər edə biləcəyik. Bəlkə də bu gün yaxşı oyun sərgiləmədik. Bizim oyunumuz da rəqibdən asılı idi. Onları yaxşı oyuna görə təbrik edirəm".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XVI turunda evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, "Qarabağ"ın xal itirməsi onların oyununa təsir etməyib: "Futbolçularda bir az narahatlıq var idi. Hava şəraiti və digər məsələlər çətinliklər yaratdı. Bu matçda həddindən artıq çətin durumda idik. 4-5 oyunçunun olmaması məşqçilərdən əlavə futbolçulara da təsir etmişdi".

Abasov həmkarı Elmar Baxşıyevin fikirləri ilə razılaşdığını vurğulayıb: "Mən həmkarımla razıyam. Bir dəqiq zərbə ilə oyunu udursan. Bəlkə bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqib baş məşqçini də başa düşürəm. Bu gün sevinən biz idik. Ümid edirəm ki, rəqiblərimizlə görüşdə sevinən tərəf məhz "Qələbə" olsun" 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail