Elmar Baxşıyev: "Futbolda vurmayana vurarlar"

20.02.2021 | 4072 dəfə oxunub

"Oyun ağır keçdi. Rəqib yaxşı komandadır. Kollektivi oyuna kökləmişdik. Futbolda vurmayana vurarlar. Məncə, ədalətli nəticə olmadı. Çempionatda heç bir kollektivdən çəkinmirəm. Futbolçulara inanıram, sadəcə qol çatışmır. Qarşıdakı görüşlərdə bunu aradan qaldıracağıq".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XVI turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, XVI tur ərzində penalti vurmayıblar: "Hakimlərin bizə qarşı antipatiyası var. "Neftçi"yə bəzi epizodlarda cərimə verdilər bizə isə yox. Bəlkə "Neftçi" rəsmiləri hakimə təzyiq edir. Bizə kömək lazım deyil. Hər zaman hakimlərin bizə qarşı səhvi olur. Səhvlər düzəlmir, ard-arda davam edir. Hakimlər də nəticə çıxarmalıdır. Biz oyunumuzla göstərəcəyik ki, "Qəbələ" yaşayır və yaşayacaq".

Baxşıyev meydandan qovulması haqqında bunları söyləyib: "Baş hakim mənə deyir ki, xətti tapdalamısan. Baxıram ki, 5-10 santimetr irəlidəyəm. Buna fikir verirlərsə, futboldan danışmaq olmaz. Bizə kömək lazım deyil. Rəqibi təbrik edirəm. Mənim komandam meydanda futbol adına hər şey etdi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail