Oyunlar qırmızı topla oynanılacaq

24.02.2021 | 3789 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları fərqli toplarla oynanılacaq. Stadium.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov özünün "Feysbuk" hesabında açıqlama verib.

O bildirib ki, qarlı hava şəraitində meydanda topun daha aydın görünməsi üçün hər ehtimala qarşı komandalar qırmızı rəngli toplarla təmin olunacaqlar.

Qarşıdakı turun oyunları fevralın 25-də keçiriləcək. Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Bank Respublika Arena"da "Sabah" "Keşlə"ni, "Azersun Arena"da isə "Qarabağ" "Səbail"i qəbul edəcək.

E.Abbasovun sözlərinə görə, PFL, klublar, stadiona cavabdeh olan şəxslər oyunları hansı tarixə təxirə salmağı yox, stadionu necə təmizləməyi düşünürlər: "Sabah güclü qar müşahidə olunmasa, hər hansı bir ciddi sürprizlə qarşılaşmasaq oyunlarımızı keçirə biləcəyik".

PFL rəsmisi stadionların bugünkü durumu barədə də danışıb:

Bank Respublika Arena – Vəziyyət kritik idi. Stadionlar içində ən çox qar bura yağmışdı. Həm “Sabah” klubunun, həm də stadion rəhbərliyinin əməyi sayəsində stadionun yarıdan çoxu qardan təmizlənib və sabah bu iş davam edəcək.

Qəbələ şəhər stadionu – Qəbələ şəhər stadionu kritik durumlara daha yaxşı hazırdır. Bura duman problemi daxil deyil. Hər hansı ciddi təbiət sürprizi olmayacağı təqdirdə, oyunla bağlı problem olmamalıdır. Oyunun rəsmi nümayəndələri, qonaq komanda artıq Qəbələ şəhərindədir.

Zirə İdman Kompleksi – Qarın təmizlənməsinə, əlavə qüvvə və texnika cəlb olunmaqla, sabah səhər saatlarında başlanılacaq.

Azersun Arena – Qarın daha az düşdüyü stadion olsa da, qarla tam örtülüdür. Sabah səhər saatlarından başlanaraq stadion axşam saatlarındakı oyuna qədər hazır vəziyyətə gətiriləcək.

Premyer Liqanın 17-ci tur oyunları Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükutla başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail