Sənan Qurbanov: "Meydanda sonadək vuruşdular"

25.02.2021 | 1109 dəfə oxunub

"Bəlkə də bu, bizim üçün bir imtahandır. Çünki klub olaraq hazırkı vəziyyətdən çıxmaq istəyirik. Futbolçular həm məşqdə, həm iclaslarda çox çalışırlar. Çıxış yolları axtarırıq".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəsiss bildirib ki, ilk hissəni rəqibin aktivinə yazmaq olar: "Amma ikinci yarı barədə bunu deməzdim. Biz daha istəkli idik. Topa daha çox sahib olduq. Nəticədə qol da vurduq. Son saniyələrdə qol buraxmaq futbolçulara pis təsir etdi. Onları psixoloji durumdan çıxarmağa çalışacağıq".

Qurbanov hər iki komandanın turnir cədvəlindəki durumunun yaxşı olmadığını söyləyib: "Mübarizəli, gərgin oyun oldu. Son dəqiqələrdə qol buraxmaq məyusedici olsa da, ən azı səfərdən 1 xalla qayıdırıq. Futbolçular bunu dərk etməlidirlər. Psixoloji cəhətdən ayaqda durmağı bacarmalıyıq".

Baş məşqçinin sözlərinə görə, komandası qol vurandan sonra arxayınlaşmayıb: "Futbolçularda istək çox idi. Meydanda sonadək vuruşdular. Amma ani vəziyyətdərəqibi boş buraxdıq və o da fərqləndi. Səhvləri müzakirə etmək və aradan qaldırmaq üçün vaxtımız olacaq". (Report)

Mütəxəssis "Keşlə"nin liderlərindən olan Sezar Meza Kollinin erkən əvəzlənməsinin səbəbini də açıqlayıb: "Onu oyundan çıxarmaq istəmirdik. Ayağında ağrılar hiss etdi və əvəz olunmasını istədi. Geniş heyətimiz yoxdur. Ona görə də Meza Kollinin meydanı tərk etməsi planlarımızda yox idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.08.2021

12:27  "Neftçi"nin rəqibi bilinir - YENİLƏNİR

31.07.2021

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail