Rəşad Sadıqov: "Heyətləri görəndən sonra bəzi dəyişikliklər etdik"

25.02.2021 | 3813 dəfə oxunub

"İlk növbədə stadionun işçilərinə təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, meydanı ideal vəziyyətə gətirdilər".

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, matçın maraqlı və gərgin alındığını söyləyib: "İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda isə matçın tempi qalxdı. Rəqibin səhvindən istifadə edib qol vurduq. Vacib qələbə qazandıq. Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi. Çempionatın liderlərindən biri ilə oynayırdıq. "Neftçi" bura iddialı gəlmişdi".

Sadıqov meydana 4 müdafiəçi çıxdıqlarını bildirib: "Rəqibin 5-3-2 sxemi ilə oynayacağını gözləyirdik. Amma heyətləri görəndən sonra bəzi dəyişikliklər etdik. Bu gün 4 müdafiəçi ilə oynayırdıq. Sadəcə, Hacıağa Hacılı bir qədər arxa xəttə yaxın oynayırdı. Mənə görə, 5-li müdafiə sistemini ən yaxşı Antonio Konte oynadır. Bütün sistemlərə yaxından bələd olmağa çalışıram. İstənilən halda qarşındakı rəqibi nəzərə almalısan. Bugünkü oyun üslubu sevdiyim sistem deyil. Məcburiyyətdən buna əl atdıq".

Baş məşqçi 77-ci dəqiqədə zədələnən Davit Volkovun durumunun ciddi olduğunu vurğulayıb: "Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail