Samir Abbasov: "Həddindən çox əsəbiyəm"

25.02.2021 | 1132 dəfə oxunub

"Oyunda ən üzüldüyüm məqam qol buraxmağımız oldu. Rəqibdən iki cür təhlükə gözləyirdik: biri standart vəziyyətlər, digəri bu cür qol. Belə qolu 10-15 dəfə futbolçularımıza göstərmişdik. Konkret olaraq, 2-3 nəfərə tapşırılmışdı. Təbii ki, bunun cavabı olacaq".

Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, bilə-bilə səhv etmək, konsentrasiyanı itirmək yolverilməzdir: "Həddindən çox əsəbiyəm. "Zirə" çətin rəqibdir, bu mövsüm onları uda bilməmişik. Amma rahat idik. Yaxşı nəticəyə doğru gedirdik. Təəssüflər olsun ki, ani diqqətsizlik məğlubiyyətə səbəb oldu. Çox üzüldüm".

Abasovun sözlərinə görə, futbolçularına oyuna sakit başlamaq tapşırığı vermişdi: "Öz epizodlarımızı gözləyirdik. Oyunu gücləndirə biləcək futbolçular tam hazır deyildilər. Bu sarıdan əziyyət çəkirdik. Bu cür komandalara qarşı oynamaq çətindir. "Qəbələ" ilə matçda da belə oldu. Bizim Messi və Ronaldomuz yoxdur. Rəşad Sadıqov özü müdafiəçi olduğu üçün komandasını bunu aşılaya bilib. Qol vurmaqda çətinliklərimiz var. Amma belə qol buraxırsansa, axırı belə olacaq. Oyun zamanı reaksiya verirsən, əsəbiləşirsən. Amma bu, o demək deyil ki, heyətin yarısını göndərməlisən. Seçimizi məhdud çərçivə içindədir. Əlimizdə olan imkanların ən yaxşısından istifadə etdik. İstədiyimiz hücumçular bir masada oturmağa belə şans vermədilər. Əhməd Əhmədov özünü yaxşı tərəfdən göstərdi. Nəzərə alaq ki, hələ 2-ci oyunu idi". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.08.2021

12:27  "Neftçi"nin rəqibi bilinir - YENİLƏNİR

31.07.2021

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail