Aftandil Hacıyev: "Bu gün də onun meydanda olmamağı bu səbəbdən idi"

02.03.2021 | 4082 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında 18-ci turda “Keşlə” 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda nə deyə bilərsiniz?

- “Keşlə” komandası yeni məşqçi ilə yeni dövrə girir. Əvvəlcə Sənan Qurbonu istəkli komanda formalaşdırdığı üçün təbrik etmək istəyirəm. Bundan öncə olan oyunlara da baxdıqda gördüyümüz “Keşlə”ni bu gün də meydanda gördük. Çox aqressiv matç oldu, çünki hər iki komanda uduzmaq istəmirdi. Turnir göstərirdi ki, görüşün qalibi 3 pillə yuxarı qalxa bilərdi və biz yerimizi qoruya bilərdik. Oyun gözlənilən kimi, həqiqətən çox gərgin keçdi. Futbolçulardan razı qaldım. Artıq neçə matçdır ki, komandamız bol epizodlar yaxalaya bilir. Ancaq sonluqda bir qədər çatızmazlıqlar var. Daha diqqətli olsaq, hər oyun meydandan məğlub olmadan hətta 3 xal qazanmaqla ayrıla bilərik. Bundan əvvəl “Qarabağ”ın oyunuda da onların öz meydanında 3-4 qol epizodu yaxalamaq hər komandaya nəsib olmur. Ancaq bu, bizdə alınmışdı. Bu gün də azı 100 faizlik 5-6 qol epizodları yaxalaya bildik. Sadəcə olaraq, qola çevirə bilmədik. Sevindirici haldır ki, bu gün məğlub olmağımıza baxmayaraq, xal qazandıq. Düşünürəm ki, aktivliyimizə bir xal əlavə etdik. Bundan sonra növbəti oyuna hazırlaşmalıyıq. Bu matçı tez bir zamanda unudub “Qəbələ” ilə oyuna hazırlaşacağıq.

- Mənə elə gəlir, komanda ilk qoldan sonra daha aqressiv oynamağa başladı...

- Təbii ki, məğlub ola-ola istək və aqressiya daha da artır. Həqiqətən bu halda futbolçulara təşəkkür düşür. Yanaşmalarından razı qaldım. Belə davam etsək,  daha da yaxşı nəticələr qazana bilərik. Ümumən topa yiyələnməyimiz mənim xoşuma gəldi. Artıq bir neçə oyundur ki, rəqiblərdən toplam say vurmadan üstün oluruq. Sadəcə hücumları istədiyimiz kimi sonlandıra bilmədik. Buna görə daha da çox çalışmalıyıq.

- Kamran Ağayevin oyuna çıxmamasının səbəbi nə idi?

- Kamran “Sumqayıt”la matçda yüngül zədə almışdı, ancaq indi məşqlərə başlayıb. Son bir həftəni komanda ilə məşq edə bilməyərək, fərdi çalışdı. Bu gün də onun meydanda olmamağı bu səbəbdən idi. Növbəti matçlarda ona da sanş veriləcək. Kamran bizim əsas qapıçılarımızdandır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail