Qara Qarayev: "Mən Mahirə "get" deyirəm"

03.03.2021 | 1237 dəfə oxunub

"Bildiyim qədərilə o, müqaviləsini yeniləməyib. Məncə, futboldan bir az anlayışı olanlar bu yaşında ikən bir söz deyəcək: "Çıx, get, xaricdə oyna".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Qara Qarayev komanda yoldaşı Mahir Emrelinin karyerasını ölkə xaricində davam etdirməsinin vacibliyinə dair fikirlərə münasibət bildirərkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, Emreli Avropaya getsə, bu, tendensiya halını ala bilər: "Mahirdən əvvəl də bir çox yaxşı futbolçumuz olub. Bəlkə o, özündən sonrakılara təkan verəcək və ya karyerası ölkə xaricində daha yaxşı olacaq?! Ən azı yoxlamaq lazımdır. Mən hər zaman demişəm ki, Azərbaycanda yaxşı keyfiyyətli futbolçular var. Amma onları xaricə çıxarmaqda problemlər mövcuddur".

Qarayevin sözlərinə görə, Emrelidə belə fürsət yaranıbsa, mütləq istifadə etməlidir: "Bu, həm ölkə adına fəxrimiz olar, həm də futbolçu olaraq daha yaxşı liqalarda futbol oynamaq imkanı yaranacaq. Emreli həm də legioner həyatı yaşamaq üçün ən ideal yaşındadır. Məncə, getməlidir. Amma yenə də bu məsələləri "Qarabağ" rəhbərliyi ilə danışmalı və klubun razılığı olmalıdır. Komandamızda hansısa futbolçunun transfer ehtimalı olsa da belə, çalışırlar ki, onun indiki və gələcək karyerasına ziyanlı heç nə olmasın. Yəqin ki, baş məşqçinin Mahirlə danışığı olacaq. Şəxsi fikrim odur ki, getsin və xaricdə oynasın. Amma yenə də məsləhətlərə qulaq asmaq lazımdır. Onun üçün hansı liqa və ya komanda faydalı, uyğun olacaqsa, ora getməli və Qurban Qurbanovla məsləhətləşmədən sonra qərar verməlidir".

Mahir Emreli qış transfer dönəmində Polşanın "Zaqlembe" və "Rakuv", Avstriyanın "Şturm" və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb. 24 yaşlı hücumçu mövsümün sonunadək "Qarabağ"da qalmağa qərar verib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail