Ukrayna klubunun futbolçusu millimizə dəvət edilib

06.03.2021 | 3814 dəfə oxunub

“Mariupol”un (Ukrayna) futbolçusu Eldar Quliyev Azərbaycan millisində oynaya bilər. Stadium.Az xəbər verir ki, bu barədə “meta-ratings.com.ua” məlumat yayıb.

AFFA 18 yaşlı yarımmüdafiəçiyə Azərbaycan yığmasında oynamaq üçün dəvət göndərib bildirilib. Quliyev isə fikirləşmək üçün federasiyadan vaxt istəyib.

Həmçinin AFFA Quliyevdən başqa, Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni də milli komandaya cəlb etmək istəyir.

Eldar Quliyev komandası ilə Ukrayna Premyer Liqasında ötən il debüt edib. O, bu mövsüm 5 oyuna çıxıb.

2011-2014-cü illərdə Kiyev “Dinamo”sunun, 2014-2017-də “Dnep”in, 2017-2019-cu illərdə isə Donetsk “Şaxtyor”unun aşağı yaş qruplarında çıxış edib. Eldar, 2019-cu ildən “Mariupol”dadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail