Elmar Baxşıyev: "İki xal itirdiyimizi düşünmürəm"

09.03.2021 | 3819 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransında oyun haqda danışıb. Stadium.Az 41 yaşlı mütəxəssisin fikirlərini təqdim edir: 

“Bizi çətin, ağır oyun gözlədiyini bilirdik. “Səbail” çempionatın ağır rəqiblərindən biridir. Bu komanda yaxşı müdafiə olunur, rəqibə az imkan verir və əks-hücumlarda yaxşı oynayır.

Baş məşqçi Aftandil Hacıyevin gördüyü iş hiss olunur. Komandamızın oyununa gəlincə, ümumilikdə razı qaldım. Çatışmayan cəhətlərimiz var. Onları analiz edəcək və üzərində işləyəcəyik. Oyunda dominantlıq edən tərəf idik. Çoxsaylı epizodlar yaratdıq, lakin istifadə edə bilmədik. Ruhdan düşmürük, qarşıdakı oyuna köklənib maksimum nəticə qazanmağa çalışacağıq.

İki xal itirdiyimizi düşünmürəm. Çempionatda hər bir komanda istənilən rəqibdən xal almağa qadirdir. Bu gün bir xal qazandıq. Futbolçularımız qaçırılan qol epizodlarının hamısını məşqdə dəyərləndirərdi. Lakin oyun ayrıdır, stress də olur. Komanda əsas tələb olan oyun nizam-intizamını qoruyur, epizodları yaradır ki, bu da qüvvə tələb edir. Bu imkanların yaradılması bizi sevindirməyə bilməz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail