Aftandil Hacıyev: "Ruslan hücumda effektiv olsa da, müdafiədə bunu edə bilmir"

09.03.2021 | 1050 dəfə oxunub

"Qəbələ səfəri hər zaman çətin olur. Bu, hər bir komandaya aiddir. Hava durumu bir qədər ağır olur. İlk hissədə həqiqətən çətin idi. Amma fasiləyədək yaxşı epizodlar yaxalamışdıq".

Stadium.Az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin keyfiyyətli futbolçulara sahib olduğunu bildirib: "Futbcularımız sonadək əzmkar mübarizə apardılar. Peyman Keşavarz və Hendrik Ekşteynsiz bizə çox çətin idi. Amma 1 xalı qazanmağı bacardıq. Hesab edirəm ki, bu xal hər iki komandanın aktivinə yazılmalıdır. "Qəbələ" ilə matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq".

Baş məşqçi Ruslan Hacıyevin qırmızı vərəqə aldığı epizodu da şərh edib: "Ruslan hücumda effektiv olsa da, müdafiədə bunu edə bilmir. Gəncdir, bu cür epizodları ona bağışlamaq olar. Xeyli vaxt idi start heyətində meydana çıxmırdı".

Hacıyev Ekşteynin oynamamasının səbəbini də açıqlayıb: "Keşlə” ilə oyunun sonlarında zədələnmişdi. Həkim müayinəsindən sonra 2-3 həftəlik sıradan çıxdığı müəyyənləşdi. Yəqin ki, millinin oyunları ilə bağlı yaranacaq fasilədə tam bərpa olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail