Rəşad Sadıqov: "Hakimlikdən narazı deyiləm"

15.03.2021 | 3888 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ"yə qarşı Premyer Liqanın 20-ci turunun oyunundan (1:1) sonra mətbuat konfransında oyun haqda danışıb:

- Bu komandanın həmişə ruhu var. Ona görə də bu gün çempionatın hər oyununda müsbət tərəfdən seçilir. Oyuna pis başlamadıq, standart vəziyyətdən qol buraxdıq, ondan sonra futbolçular gərginləşdi. 5-10 dəqiqə oyuna nəzarəti itirdik. Daha sonra rəqib azlıqda qaldı, biz üstün oynamağa başladıq. Rəqib də təhlükəli əks-hücumlara çıxırdı. Sonda boyük qüvvəylə urəli atıldıq, əlavə hücumçular meydana buraxdıq, hətta stoperimizi hücuma göndərdik. Sonda bərabərlik qolunu vurduq. Bizim üçün burada məğlub olmamaq çox vacib idi.

Avrozona üçün bu oyunda məğlub olmamaq çox önəmli idi.

 - Müdafiədən razı qaldınız?

- Hesabda geri düşdükdən və rəqib azlıqda qaldıqdan sonra məcburiyyətdən Lazarı əvəzlədik. “Qəbələ” hücum və əks-hücum etməyi bacarır. Komandanın müdafiə olunmağından razı deyiləm.

Son dəqiqələrdə İlkin Muradov rəqiblə mübahisə etdi. Buna səbəb nə oldu?

- Belə şeyləri sevmirəm, amma oyunun sonları idi, əsəblər tarıma çəkilir. Komanda hesabda geri, İlkin mübahisə edir. Olmaz belə şey, mənim komandamda belə şey olmamalıdır. Görünür, bu yöndə danışıqlar olacaq.

- Hakimlik çox bərbad idi?

- Xeyr, hakimlikdən narazı deyiləm. Amma 8 komandanın 8-i də etiraz edir. Hakimliklə bağlı bu oyunda narazılıq olduğunu düşünmürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail