Samir Abbasov: "Ora rahat başla yollanmaq çox önəmli idi"

15.03.2021 | 3779 dəfə oxunub

“Emin Mahmudovun yoxluğu bəzi məqamlarda hiss olundu. Bunun bir az əziyyətini çəkdik. Amma şükürlər olsun ki, qalib gəldik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Səbail”ə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.

O, fasilə ərəfəsində bu cür qələbənin yerinə düşdüyünü bildirib: “Uzunmüddətli fasiləmiz olacaq. Ora rahat başla yollanmaq çox önəmli idi. Yaxşı dincəlib, hazırlaşacağıq. Çempionat hələ bitməyib. Həddən artıq çox oyunçumuz millilərə gedəcək. Bunun bəlkə bir az əziyyətini çəkəcəyik. Artıq 6 nəfər gənclər yığmasına çağrılıb. Həmçinin əsas milliyə də bir neçə oyunçu yollanacaq. Gedənlərin sağ-salamat qayıtması çox önəmlidir. Milliyə gedən oyunçuların sayı önəmlidir. Təbii ki, yığmaya azarkeşlik edəcəyik".

Abasov Fəhmin Muradbəyli və Ahmed Ahmedovun iştirak ərizəsində olmamalatının səbəbini açıqlayıb: "Fəhmin zədəlidir. Məşqdə bəladan qurtardı. Ayağı qırıla bilərdi. Ahmed məşqə çıxsa da, əzələsində dartılma aşkar olundu.

Baş məşqçi yeni transfer Keysuke Hondanın hazırkı durumu ilə bağlı bunları deyib: "Honda fərdi məşqə çıxıb. Komandaya 3 günlük fasilə vermişik. Ondan sonra məşqə qoşulacaq. Fiziki cəhətdən problemi yoxdur. Çalışacağıq fasilədə yoxlama görüşü keçirək və Hondanı sınayaq. O zaman onun növbəti çempionat matçına nə dərəcədə hazır olacağını görəcəyik".

Abbasov Monrozun qol vurduqdan sonra eynək işarəsi göstərməsinə də münasibət bildirib: "Bəlkə, eynək sifariş edib, tez gəlməsini gözləyir".

Klubun mətbuat katibi Rüstəm Allahverdiyev isə Monrozun etdiyi jestə belə aydınlıq gətirib: "Ötən gün məşqdə klubumuzun prezidenti Kamran Quliyev Monroza demişdi ki, görünmürsən. Bu gün futbolçumuz o jesti ilə zarafatca cavab verdi ki, burdayam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail