30 qolla 93-cü oldu

15.03.2021 | 3985 dəfə oxunub

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub. Yarımmüdafiəçinin yubiley topu XX tura təsadüf edib.

O, “Səbail”lə ev qarşılaşmasında (4:0) komandasının ilk qoluna imza atıb. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Ələsgərov 157-ci oyununda 30-a çatıb. O, 4 klubun heyətində fərqlənib. “Neftçi”də 24 qola sevinən yarımmüdafiəçi “Kəpəz”də 3, “Bakı”da 2, “Qarabağ”da 1 dəfə rəqib qapısına yol tapıb.

Namiq Azərbaycan çempionatları tarixinə 30 və daha çox qol vuran 93-cü futbolçu kimi düşüb. O, bu göstəricidə hərəyə 30 dəfə fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemona çatıb.
Qeyd edək ki, Namiq ilk qolunu 2013/14 mövsümündə “Bakı”nın heyətində vurub. O, 2014-cü il martın 29-da “Simurq”la ev oyununda (2:1) fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail