Honda: "İndi iki komandam olacaq"

16.03.2021 | 4072 dəfə oxunub

"Kamboca millisinin baş məşqçisi yox, baş meneceriyəm. Orada yaxşı insanlar işləyir, maraqlı layihələri var".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Keysuke Honda “Bakcell Arena”dakı təqdimetmə mərasimində deyib.

O bildirib ki, iki yerdə işləməsi ona problem yaratmayacaq: "İndi iki komandam olacaq. Əvvəlcə "Neftçi", sonra Kamboca millisi".

35 yaşlı yarımmüdafiəçi 4 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Bu rəqəmi sevirəm. Yaponiya millisində də bu nömrə altında oynamışam. 4 nömrə ilə daha çox qol vurmuşam. Bəziləriniz bu cavabıma gülə bilərsiniz. Mətbuat konfransı çox çətin keçir".

O, Yaponiya millisi ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusu barədə də danışıb:

“Mümkünsüz heç nə yoxdur. Düzdür, çətin olacaq. 23 yaşdan yuxarı 3 oyunçu seçiləcək. Millidə oynamışam. “Neftçi”də yaxşı oyun nümayiş etdirərək, yığmanın etimadını qazanmağa çalışacağam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail