"Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu"

17.03.2021 | 3738 dəfə oxunub

Afrika Millətlər Kubokunun Kamerun və Mozambiklə seçmə mərhələ oyunları üçün Kabo-Verde millisinə dəvət alan "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun saytına açıqlama verib.

Stadium.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi milliyə dəvət almasında Ağdam təmsilçisindəki uğurlu çıxışının əhəmiyyətli rol oynadığını bildirib:

"Çox sevincliyəm. Futbolçu karyerama başlayandan bəri həmişə arzum Kabo-Verde millisinin şərəfini qorumaq olub. Nəhayət, bu arzum reallaşıb. "Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu. Məhz bu komandaya keçəndən sonra Kabo-Verde yığmasına dəvət aldım. Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki oyun keçirəcəyik. Kamerunu evdə qəbul edəcəyik. Ölkəmdə oynamaq məni daha da sevindirir. Ümid edirəm ki, yığmaya müntəzəm dəvət alacağam. Bunun üçün də daim çalışmalı və məşqçilərin diqqətində olmalıyam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail