Azərbaycan - Serbiya matçının hakimləri

28.03.2021 | 3704 dəfə oxunub

Azərbaycan və Serbiya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.

Stadium.Az xəbər verir ki, görüş israilli hakimlər briqadasına həvalə olunub.

Baş hakim Roy Raynşrayberə David Elias Biton və Sagi Metzamber yan xətt, David Fuksman dördüncü hakim qismində kömək edəcək. Bolqarıstanlı İçko Lozev hakim-inspektor, rusiyalı Vyaçeslav Semyonov FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Raynşrayber 2014-cü ildən FIFA referisi dərəcəsi alıb. 41 yaşlı baş hakim Azərbaycan millisinin oyununu ilk dəfə idarə edəcək. O, sonuncu dəfə 2018/2019 mövsümündə "Qarabağ"ın Ukrayna "Vorskla"sı ilə keçirdiyi Avropa Liqasının qrup oyununda fit çalıb. 2018-ci il oktyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunmuş həmin qarşılaşma "Vorskla"nın qələbəsi ilə yekunlaşıb - 1:0.

Daha əvvəl isə israilli referi 2017/2018 mövsümündə "Qarabağ"ın Moldovada "Şerif"i 2:1 hesabı ilə udduğu Çempionlar Liqasının III təsnifat, 2015/2016 mövsümündə "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo"ya eyni hesabla uduzduğu Avropa Liqasının I təsnifat oyunlarında iş başında olub. Həmin mövsümlərdə "Qarabağ" ilk dəfə Çempionlar Liqasının, "Qəbələ" isə Avropa Liqasının qrup mərhələlərinə vəsiqə qazanıb.

Raynşrayber indiyədək Serbiya komandalarının oyunlarında iştirak etməyib. Martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail