"İmkanım olsaydı gedib özüm qol vurardım" - Elmar Baxşıyev

05.04.2021 | 3407 dəfə oxunub

"Sabah" sonuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var. Ümumi düşündüyümüz kimi komandanı ağır oyuna hazırlayırdıq". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqanın 21-ci turunda səfərdə "Sabah"a minimal hesabla məğlub olduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

"Komanda bu gün verilən tapşırığı yerinə yetirmək üçün maksumum çalışırdı. 90 dəqiqə komanda hücum edir, bu, mənim istəyimdir. Baxmayaraq ki, məğlub olmuşuq, komandanın oyunundan razı qaldım".

Baxşıyev son nöqtəni qoya bilmədiklərindən söhbət açıb: "İmkanım olsaydı gedib özüm qol vurardım. Amma mən kənardayam. Yənə deyirəm, yaxşı futbolçularımız çoxdur, şanssızlıq, bəzən adi stress vəziyyətində hücumu tamamlaya bilmirik. Oyun ərzində hücum etdik, çoxsaylı hücumlar yaratdıq. Bunu yaratmaq özü güc tələb edir. Planlı şəkildə hücuma çıxırıq, tamamlaya bilmirik". O, eyni zamanda məğlubiyyətdə özünü günahkar sayıb: "Komanda uduzubsa, ilk növbədə məsuliyyəti daşıyan məşqçidir, amma komandanın oyun planında problem görmürəm, epizodları həmişə dəyərləndirə bilmirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail