"Qarabağ" özünə aid olan rekordu yenilədi

08.03.2012 | 5709 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIX turunda da qapısını toxunulmaz saxlayan “Qarabağ” mövsümün özünə aid olan rekordunu yeniləyib. Stadium.az xəbər verir ki, Ağdam klubu ardıcıl 8-ci çempionat oyunundan da qapısından qol buraxmayıb.

“Simurq”u 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qapıçısı Boyan Pavloviç bununla da quru seriyasını 722 dəqiqəyə çatdırıb. O, sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə (1:2) qapısında qol görüb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün lazım olan 660 dəqiqəlik normativi ödəyən serbiyalı legioner Azərbaycan çempionatları tarixinin 13-cü göstəricisinə imza atıb. “Qarabağ” tarixinin 2-ci nəticəsinin müəllifi indi bu siyahıda daha da irəliləməyə çalışacaq.

Pavloviçin nailiyyətinin İFFHS tərəfindən rəsmən tanınması üçün seriyanın qırılması zəruridir. Yalnız onun dəqiq göstəricisi müəyyənləşdikdən sonra qurumun Azərbaycan nümayəndəsi tərəfindən federasiya məlumatlandırılacaq və həmin vaxtdan sonra açıqlanacaq siyahıda Pavloviçin də adı olacaq.


Azərbaycan çempionatının ən uzun quru seriyaları
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985 
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Dmitri Kramarenko (“Karvan”) – 798 
8. Dmitri Kramarenko (“Neftçi”) – 772 
9. Rauf Mehdiyev (“Olimpik”) – 746 
10. Elşən Poladov (“Bakı”) – 744 
11. Nadir Şükürov (“Dinamo”) – 741 
12. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735 
13. Boyan Pavloviç (Serbiya, “Qarabağ”) - 722
13. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 
14. Camaləddin Əliyev (“Qarabağ”) – 700 
15. Rauf Mehdiyev (“Olimpik”) – 676



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail