Azərbaycan çempionatında yeni rekord

08.03.2012 | 4524 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIX turunda qapılara 22 qol vurulub ki, bu da mövsümün rekordudur. Stadium.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, bu dəfə bütün qollar da eyni günə təsadüf edib. Bu isə ilk baxışdan unikal göstərici sayıla bilər. 

Lakin Azərbaycan çempionatları tarixinə nəzər salsaq, ən çox qolun qeydə alındığı gün 1995/96-cı il mövsümünə təsadüf edib. 1995-ci il oktyabrın 22-də baş tutan 6 qarşılaşmada qapılara 32 qol vurulub ki, bu da çempionatlar tarixində rekorddur. Həmin gün “Kəpəz” Neftçala “Pambıqçı”sını 10:1, “Kür-Nur” “Viləş”i 5:0, “Neftçi” “Bakı fəhləsi”ni 4:2, “Turan” Bərdə “Pambıqçı”sını 5:1 hesabı ilə məğlub etmişdi. OİK öz meydanında “Şəmkir”ə 0:2 hesabı ilə uduzduğu gündə “Qarabağ” – “Xəzri” matçı da az qollu olmuşdu – 1:1. Düzdür, həmin - ən məhsuldar gündən bir neçə ay keçəndən sonra Bərdə təmsilçisi çempionatdan çıxarıldı və nəticələri ləğv olundu.  Bundan başqa 1993/94 mövsümünün sonluğunda – 1994-cü il mayın 15-də baş tutan 6 görüşdə də yüksək məhsuldarlıq qeydə alınıb – 30 qol.

Bu dəfəki 22 qolluq nəticə isə son 82 ayın rekordu sayılır. Çünki sonuncu dəfə 22-dən çox qol məhz 82 ay əvvəl – 2005-ci il mayın 3-də qeydə alınmışdı. Həmin gün qapılara 26 qol vurulmuşdu: “Bakı” – “MKT-Araz” 1:0, “Gəncə” – “Karat” 4:1, “Karvan” – “Göyəzən” 4:1, “Şahdağ-Samur” – “Gənclərbirliyi” 3:1, “Şəmkir” – “Bakılı” 3:0, “Turan” – “İnter 1:0, “Xəzər Lənkəran” – “Ədliyyə” 6:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail