Niasse: "Bir sözlə, çox çətin olacaq"

09.03.2012 | 4559 dəfə oxunub

“İnter”in seneqallı yarımmüdafiəçisi İbrahima Niasse klubun saytına müsahibə verib. Stadium.az xəbər verir ki, o, açıqlamasında “Rəvan”la matç barədə danışıb və digər sualları cavablandırıb.
 

- Baxmayaraq ki, “Rəvan” ilk “altılığa” düşmək şansını itirmişdi, matç kifayət qədər çətin alındı...
- “Bakı”dan aldığımız məğlubiyyətdən sonra bizə bu oyunda qələbə qazanmaq çox vacib idi. Rəqib də həmçinin ciddi köklənmişdi. Düşünürəm ki, pis oynamadıq, xüsusilə də birinci hissədə yaxşı oynadıq. Ümumilikdə, hesab edirəm ki, nəticə oyuna görə oldu. Biz bu qələbəyə və 3 xala layiq idik.


- Sən qələbə topunun müəllifi oldu. Bundan başqa, bu, sənin “İnter”in heyətində ilk qolun idi...
- Bilirsiniz, kimin qol vurması vacib deyil, vacib olan odur ki, komanda qələbə əldə etdi. Bəli, bu mənim ilk qolum idi və gələcəkdə də komandaya xeyir vermək istərdim.


- Bu, çempionatın təsnifat mərhələsinin son oyunu oldu, indi komandanı ilk “altılıq”da mübarizə gözləyir. Qarşıdakı matçlar barədə nə düşünürsən?
- Deyim ki, “altılıq”da yaxşı komandalar toplaşıb və hər biri yüksək yerlər uğrunda mübarizə aparmaq iqtidarındadır. Artıq çətin oyunlar keçirmişik, lakin bizi qarşıda daha çətin oyunlar gözləyir. Bir sözlə, çox çətin olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail