“Başıma 25, üzümə 7 tikiş qoyulub”

19.04.2021 | 4638 dəfə oxunub

Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir.

Stadium.Az xəbər verir ki, futbolçu son durumu ilə bağlı klubumun saytına açıqlama verib. O deyib ki, həmin anda nə baş verdiyini anlamayıb.

“Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ağrıdan əlimi, ayağımı hiss etmirdim. Ayağa qalxanda üzüm qan içində idi. İndi özümü pis hiss etmirəm. Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək. Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar. Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, “Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana dönəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail