Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi

09.03.2012 | 5222 dəfə oxunub

Bu gün AFFA-da növbəti hesabat-seçki Konfransı keçirilib. Stadium.az xəbər verir ki, saat 10:00-da assosiasiyanın inzibati binasında başlayan konfransda Rövnəq Abdullayev daha 4 il müddətinə AFFA prezidenti seçilib. 

Öncə tədbirdə çıxış edən baş katib Elxan Məmmədov konfrans iştirakçılarına UEFA-nın təbrik məktubunu çatdırıb. Məktubda Azərbaycanda futbolla bağlı görülən böyük işlərdən danışılıb. Məmmədov konfransda 35 nəfərin səsvermə hüququna malik olduğunu və bunlardan 34-nün tədbirdə iştirak etdiyini bildirib.

Səsvermədən sonra Abdullayev yekdilliklə ikinci dəfə AFFA-nın prezidenti seçilib. O, qarşıdakı 4 ildə də quruma rəhbərlik edəcək. 

AFFA-nın İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər – Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçilib. 

Xatırladaq ki, R.Abdullayev həmin vəzifəyə yeganə namizəd idi. 

Qeyd edək ki, Abdullayev və İK-nın üzvləri 2008-ci ilin martın 14-də vəzifələrinə seçilib. Bunadək AFFA-nın 2 prezidenti - Fuad Musayevlə (1992-2003) mərhum Ramiz Mirzəyev (2003-2007) olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail