"İkinci hissədə demək olar əlimizə düşən fürsətlərdən istifadə etdik"

26.04.2021 | 3884 dəfə oxunub

"Məsafəni nəzərə alsaq, son səfər oyunumuz idi, vacib qələbə qazandıq. "Qəbələ" haqda ancaq xoş sözlər deyə bilərəm. Düzdür, hesab böyük oldu, amma "Qəbələ" ən xoş sözlərə layiqdir. Bütün təzyiqlərə qarşı çəkinmədən mübarizə aparır. "Qəbələ"nin yaxşı hücum xətti var. Bu gün rəqib hücumlarda təhlükəli idi, amma qarşısını alırdıq. Bizim də bir neçə qol epizodumuz oldu, istifadə edə bilmədik. İkinci hissədə demək olar əlimizə düşən fürsətlərdən istifadə etdik. Futbolçularımı təbrik edirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Qəbələ" üzərində 5:0 hesablı qələbə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, zədəli futbolçuların durumundan da danışıb: "Qarşıdakı günlərdə daha dəqiq biləcəyik. Böyük ehtimal Patrik Andradenin sabahdan məşqlərə başlaması gözlənilir. Bu günə qədər fərqli qaydada məşq edirdi. Bədavi "Sumqayıt"la oyundan sonra arxa əzələsində ağrı hiss etmişdi. Bir o qədər ciddi problem yox idi. Amma ehtiyatı əldən vermədik. Bu günə qədər fərqi qaydada məşq edirdi. Həkimlərin müayinəsindən sonra qərar verəcəyik".

Qurbanov qol vuran futbolçular haqda da danışıb: "Qol vuran futbolçuların meydanda olmağı üstünlükdür. İlk hissədə qol epizodlarımız oldu. Ümumiyyətlə, ilk hissələrdə rəqib daha diqqətli olur. Oyunda vurulan bir qol görürsən ki, çox şeyi dəyişir. Eyni zamanda 2-3 oyuna çıxmayan futbolçu meydana çıxanda ancaq qol vurmağı düşünür. Bu da əlavə üstünlükdür"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail