"Sevinirəm ki, futbolçular istədiklərimizi yerinə yetirdilər"

26.04.2021 | 1223 dəfə oxunub

"Hər iki komandanın turnir cədvəlindəki mövqeyi bəlli idi. İstənilən halda stresli və maraqlı oyun oldu. Görüşdə kifayət qədər qol imkanları yarandı".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 24-cü tur matçından sonra mətbuat konfransında deyib.

O, görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Topun daha çox bizdə olması üçün məşqlərdə bunun üzərində işləmişdik. İlk 20 dəqiqədə qol vurmağa çalışdıq. Bu müddətdə 3 qol imkanımız oldu. Sevinirəm ki, futbolçular istədiklərimizi yerinə yetirdilər. Psixoloji gərginliyi üzərimizdən atmaq üçün qələbə vacib idi. Həmişə qol imkanları çox olub, yararlana bilməmişik və heç-heçə ilə kifayətlənmişik, məğlub olmuşuq. Bu gün qapımızda qol epizodları da oldu. Bunların hamısını təhlil edəcəyik. Hamısı daha çox standart vəziyyətdən idi. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Qələbə münasibətilə futbolçuları təbrik edirəm".

Qurbanov zədələnən Rafael Məhərrəmlinin durumu haqqında bunları deyib: "Onun zədəsi var idi. Bu gün oynaya biləcəyini dedi. Həkimlər tez müdaxilə etdi. Kubokda iştirakı ilə bağlı məlumat veriləcək. Çalışmalıyıq ki, Rafael də məşqi buraxmasın. Sabah onun durumuna aydınlıq gələcək" 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail