Ayxan Abbasov: "Bəzi futbolçulardan çox şey gözləyirik"

26.04.2021 | 1879 dəfə oxunub

"Oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki əbəs yerə buna 6 xallıq matç demirdilər. Amma həqiqətən də iki komandaya da təbrik düşür. Birinci saniyədən, sonuncu saniyəyədək meydanda kəskin mübarizə oldu".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın 24-cü tur oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, bir qol matçın taleyini həll edə bilərdi: "Hər iki komanda ehtiyatı əldən vermək istəmirdi. Bizim də, rəqibin də qol epizodları oldu. Qarşılaşmadan razı qaldım, futbolçuları təbrik edirəm. Sıx qrafikdə tempi saxlamaq çətindir. Biz futbolçuarı qorumaq üçün nələrsə edirik. Hər xal bizi yuxarı aparır. Çalışacağıq ki, sonadək mübarizə aparaq".

Abbasov görüşdə narazı qaldığı məqamların da olduğunu diqqətə çatdırıb: "Bunları analiz edirik. Bəzi futbolçulardan çox şey gözləyirik. Bu gün son ötürmələrdə gecikmələr oldu. Bunları daha yaxşı edə bilərdik. Həqiqətən istədiyimiz hücumları gördük. Rəqibi də yaxşı analiz etmişdik. Onlar son 3 matçı tamam başqa cür oynayıblar. Baş məşqçi Rəşad Sadıqov dəyişikliklər etməyi xoşlayır. "Zirə"nin kubok matçına da baxdıq. Orada izlədiklərimizi bu gün meydanda gördük. Rəqibə qarşı düzgün oynamaq önəmlidir".

Baş məşqçi ilk hissədə Rəşad Sadıqovla dialoquna da toxunub: "Bu elə də ciddi gərginlik deyildi. Anlaşmazlıq oldu. Çünki rəqibin futbolçusu da eyni sözü işlətmişdi. Uzaqda idim və Rəşadın səsini eşitməmişdim. Hakimin hansısa qərarına mən və rəqib baş məşqçi də etiraz edirdi. Bunlar olmasa, çempionatın gözəlliyi olmaz. Hər iki mütəxəssis qələbə qazanmaq istəyir. Biz hər şeyin pərdəsini bilirik. Rəşadla bir-birimizi uşaqlıqdan tanıyırıq. "Dır-dır" oynayanda da mübahisələr olur. Bu, normaldır".

Mütəxəssis Zirə səfərindən bir xalın pis nəticə olmadığını sözlərinə əlavə edib: "Üçüncü yer üçün iddiamızı qoruyuruq. Hər iki komandanın qarşıda çətin oyunları var. Onlar da bizim kimi kubokda da mübarizə aparırlar. İkimizin də üçüncü bürünc medal qazanmaq şansı var. Vuruşacağıq. Bu dəqiqə hansısa komandada böyük üstünlük yoxdur. "Zirə" az qol buraxan komandadır. Səhv etmirəmsə, böyükhesablı məğlubiyyəti yalnız "Neftçi" ilə matçda alıb. Bu rəqib komanda şəklində yaxşı müdafiə olunur".

Abbasov sonadək mübarizə aparacaqlarını deyib: "Oyunun hakimləri var. Əgər kimsə, kobud oynasa baş hakim qərar verəcək. Məncə, futbol mübarizə oyunudur. Mübarizədən kəçinməyəcəyik. Bəlkə bundan da artığını edəcəyik. Nəticə qazanmaq istəyiriksə, meydanda mübarizə aparmalıyıq. Bəzi komandaların universal oyunçuları var. Biz elə komanda deyilik. Mübarizə aparan kollektivik".

Baş məşqçi "Sumqayıt"ın qarşısına hansısa hədəfin qoyulmadığını vurğulayıb: "Qarşıma hədəf qoyulsa, mənim də şərtkərim olar. Hədəflərdən biri mübariz komanda yaratmaqdır. Bu gün komandamız göz önündədir. Gəncləri yetişdirmək istəyirik və milliyə oyunçular veririk. Hansısa baş məşqçi nəticə istəmədiyini deyirsə, səmimi olmaz. Biz də nəticə və avrokuboka vəsiqə istəyirik. Bəzi klublar avrokuboklara düşə bilmir və ruh düşkünlüyü yaranır. Çünki onların büdcələri və şəraiti buna hazırlanıb. Bu gün bürünc medal qazansaq, "Sumqayıt"ın tarixinə düşərik. Kim istəmir ki, tarixə düşsün? Alınmasa, məyus olmayacağıq. İlk "4-lük"də yer almaq da bizim üçün böyük uğur olacaq"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.12.2021

11:27  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

06.12.2021

11:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.12.2021

04.12.2021

02.12.2021

11:26  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:48  "Real" - "Atletik" - 0:1 VİDEO

02:22  "İnter" - "Spezia" - 2:0 VİDEO

02:05  "Cenoa" - "Milan" - 0:3 VİDEO

01.12.2021

30.11.2021

29.11.2021

15:20  “Qəbələ” - “Qarabağ" - HEYƏTLƏR

11:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:13  "Real" - "Sevilya" - 2:1 VİDEO

01:38  "Sent Etienn" - PSJ - 1:3 VİDEO

28.11.2021

14:58  “Sumqayıt” - "Zirə" - HEYƏTLƏR

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail