"Xəzər Lənkəran"ın tarixində 6-cı avtoqol

09.03.2012 | 6308 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun tarixində ilk dəfə olaraq ölkə çempionatının bir mövsümündə 2 rəqib futbolçu komanda üçün qol vurur. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XIX turunun “Turan”la səfər matçında (1:0) Elvin Beqirinin qol vurduğunu xəbər versək də, son nəticə etibarı ilə topu qapıya rəqibin oyunçusu Ayxan Abbasov salıb.

Beləliklə, Abbasov Lənkəran təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub. Cari mövsümdə bir dəfə də “Neftçi”nin oyunçusu Ruslan Abışovun avtoqoluna sevinən "Xəzər Lənkəran" hər iki halda Premyer Liqa oyununda, 1:0 hesabı ilə bitən matçda rəqib qolu sayəsində qalib gəlib.
 
Tarixi ərzində 6-cı dəfə avtoqola sevinən “Xəzər Lənkəran” indiyədək yalnız 2007/08 mövsümündə 2 belə halla üzləşmişdi. Lakin həmin vaxt bu qolların biri kubokda qeydə alınmışdı. İlk dəfə 1 çempionatda 2 avtoqol görən “Xəzər Lənkəran” ümumilikdə Unibank Premyer Liqasında 4, kubokda 2 dəfə rəqibin öz qapısına qol vurmasının şahidi olub. Bu 6 avtoqolun da yarısı ev, yarısı səfər matçlarına təsadüf edib.
 
 

“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları


2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final

02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
 

2007/08 mövsümü Azərbaycan çempionatı

23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
 

2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final

09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
 

2009/10 mövsümü Azərbaycan çempionatı

10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
 

2011/12 mövsümü Azərbaycan çempionatı

10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
 

2007/08 mövsümü Azərbaycan çempionatı

07.03.2012 Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail