De Byazi azərbaycanlı futbolçuların səviyyəsindən danışdı

29.04.2021 | 3810 dəfə oxunub

"Azərbaycanda, xüsusilə də mənim komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 önəmli gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa İttifaqına daxil deyil və həmin oyunçuların yerini başqaları tutur".

Stadium.Axəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yerli futbolçuların ölkə xaricində çıxış edə bilməmələrinin səbəbləri barədə danışarkən deyib. İtaliyalı mütəxəssis bildirib ki, Premyer Liqanın səviyyəsi də legioner həyatı yaşamağa imkan vermir: "Onların təcrübələri çatmır, çünki İtaliya, İspaniya, İngiltərə və Almaniyadakı kimi rəqabətli liqada oynamırlar. Amma güclü rəqiblərlə mübarizə aparmaları inkişaflarına töhfə verə bilər. Məsələn, İtaliyada "Atalanta"nı nümunə göstərə bilərəm. Ukraynalı Ruslan Malinovski kimi bir çox insana məlum olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə yetişdirməyi bacarır və beləliklə, nəticə qazanırlar". De Byazi İtaliya millisinin AVRO-2020-dəki şanslarını da dəyərləndirib: "Ümid edirəm ki, bütün oyunçular turnirə hazır olacaqlar. Amma belə bir gənc və yüksək keyfiyyətli kollektiv Avropa çempionatında həqiqətən maraqlı şeylər edə biləcəyini göstərdi. Komanda əvvəlkitək məğlubedilməzdir və bu, hər hansı uğurda vacib rol oynaya bilər. Lakin qrupda Türkiyə millisi ilə keçirəcəyimiz ilk oyuna yaxşı başlamaq lazımdır. Çünki rəqib sıradan komanda deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail