"Qəbələ" - "Neftçi": 15-ci duel

09.03.2012 | 6524 dəfə oxunub

Azərbaycan Premyer Liqasının final mərhələsinin ilk oyununda "Neftçi"ni qəbul edəcək "Qəbələ" tarixində 15-ci dəfə bu komanda ilə üz-üzə gələcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, arxada qalan 14 oyunda "Neftçi" 7, "Qəbələ" 3 qələbə qazanıb, 4 dəfə isə komandalar hərəyə 1 xal əldə ediblər. Top fərqi də bakılıların xeyrinədir - 20:9. Bu matçların da hamısı Premyer Liqa çərçivəsində keçirilib. 

"Neftçi"nin ümumi balansdakı üstünlüyünə baxmayaraq, son oyunların nəticələri "Qəbələ"ni ev oyununun favoriti edir. Belə ki, rəqiblərin son qarşılaşmasında məhz "Qəbələ" öz meydanında qələbə qazanıb. Üstəlik, tərəflər arasında son 3 matçda meydan sahibləri uduzmur, hətta qol da buraxmır. Qəbələdə keçirilmiş son 4 görüşdə isə meydan sahibləri 2 qələbə qazanıb, 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub.

Bundan başqa, indiyədək komandalar arasında baş tutan final mərhələsi oyunlarında "Neftçi" qələbəyə həsrətdir. 2009/10 mövsümünün ilk "altılığ"ının oyunlarında "Qəbələ" Bakıda qalib gəlib (2:1), öz meydanında 1 xalla kifayətlənmişdi – 0:0. Bu dəfəki matç rəqiblərin "altılıq"da 3-cü dueli olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail