Bu futbolçular "Neftçi"dən ayrıldı - rəsmi

22.05.2021 | 4381 dəfə oxunub

"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb. 

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında məlumat verib.

43 yaşlı mütəxəssis yarımmüdafiəçi Keysuke Honda və hücumçu Əhməd Əhmədovun yeni mövsümdən komandada olmayacağını söyləyib: "Honda özü qalmaq istəmədi. Məncə, artıq futbolu bitirir. Hətta ona Çempionlar Liqasında oynayacağımızı dedik. Mən çox istəyirdim ki, komandamızda qalsın. Onun şəxsi qərarıdır və hörmətlə yanaşmalıyıq. Əhmədovun isə icarə müddəti bitib və Bolqarıstanın MOİK (Sofiya) klubuna qayıdıb. Son oyunda vurduğu qolu kənara qoyaq, ona bizimlə birlikdə olduğuna görə təşəkkür edirəm".

Abasov yeni hücumçu axtaracalarını sözlərinə əlavə edib: "Bu, əcnəbi olacaq. Bir və ya iki forvardla müqavilə imzalayacağıq. Amma onu dəqiq deyə bilərəm ki, Keysuke Honda və Əhməd Əhmədov bizim komandada olmayacaq". O, yeni müdafiəçi və vinger də transfer etmək istədiklərini deyib.

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı. Əhməd Əhmədov isə fevralın 17-də "ağ-qaralar"a keçib. Ölkə çempionu daha əvvəl braziliyalı müdafiəçi Rener Alveslə vidalaşacağını açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail