AFFA-dan VAR açıqlaması

22.05.2021 | 4345 dəfə oxunub

Başa çatan Azərbaycan Premyer Liqasında hakimlərin davamlı kobud səhvlərə yol verməsi hər kəsi "VAR (video-köməkçi hakim) sistemi ölkəmizə nə vaxt gələcək" sualı ətrafında daha çox düşünməyə vadar elədi. Hətta sonuncu tur çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" oyunundan sonra ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev də VAR sisteminin olmasının vacibliyindən söz açmışdı. Bəs görəsən, hər kəsin arzu elədiyi VAR sistemi ölkəmizə nə vaxt gətiriləcək?

Stadium.az xəbər verir ki, Bu suala cavab olaraq AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında bunları deyib: "VAR-la bağlı proseslər gedir. Bu yaxınlarda avadanlıqların alınması ilə bağlı tender elan olundu. Yəni prosesə start verilib. Amma onun protokol müddəti var. Daha tez başlanmalıydı, amma pandemiyaya görə bir az yubanmalar oldu. Prosesin startından tətbiqinə kimi 23 aylıq protokol müddəti var. Treniqlər, avadanlıqların alınması var. Prosesin başlanmasından sonra əhatə elədiyi dövr 23 ay olmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail