"Onun transferində şəxsən maraqlıyam" - Samir Abasov

22.05.2021 | 4418 dəfə oxunub

"Onun transferində şəxsən özüm maraqlıyam. Çox danışmaq istəmirəm. Oyunçuya və onun komandasına haqsızlıq etmiş olarıq. Onların da bütün fikri ölkə kubokunun finalındadır. Hələ ki, gözləyək, futbolçu öz oyununu oynasın".

Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi TV"yə açıqlmasında komandanın baş məşqçisi Samir Abasov  "Keşlə"dən Sezar Meza Kollinin transfer olunub-olunmayacağı barədə suallara cavab verərkən deyib.

43 yaşlı mütəxəssis paraqvaylı yarımmüdafiəçi və onun agentləri ilə danışıqların davam etdiyini söyləyib: "Meza Kollinin komandası əziyyət çəkib finala vəsiqə qazanıb. Son görüşdə "Sumqayıt" və "Keşlə"yə uğurlar arzulayıram. Kubokun finalından sonra bu məsələyə qayıdacağıq. Sezar Meza Kolli bizim maraq dairəmizdədir və mənim istədiyim oyunçulardan biridir. Nə ondan, nə də klubundan cavab gəlib. Biz də onları başa düşürük. Sadəcə, azarkeşlər narahat olmuşdular deyə, bunu deyirəm. Açıqlamaya da bilərdik. "Keşlə"nin son oyununun bitməsini gözləyirik. Ondan sonra hər şey dəqiqləşəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail